Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Rəsul Quliyevdən Cəmil Həsənliyə sərt sözlər

Yayınlanma tarixi: 31.01.2020 10:48:12

R. Quliyev bildirib ki, C. Həsənli aktivliyin qarşısını almaq üçün yaramaz ideyalar irəli sürür.

“Parlament seçkilərində hökümətlə mübarizədən qorxan manqurtaşmış Milli Şura adlı təşkilatın Xalq Cəbhəsi liderinin təyin etdiyi professoru deputatlıq uğrunda mübarizə aparanların aktivliyi çox narahat edir”.

Demokrat.az xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev Milli Şuranın sədri Cəmil Həsənlinin yaydığı fevralın 9-da keçiriləcək seçkilərdə mandat qazanacaq şəxslərin siyahısına münasibət bildirərkən deyib.

R. Quliyev bildirib ki, C. Həsənli aktivliyin qarşısını almaq üçün yaramaz ideyalar irəli sürür:

“Gələcək deputatların siyahısını çap etməklə "Mübarizə aparmağın əhəmiyyəti yoxdur, onsuz da deputatlar artıq təyinatlarını alıb." deyir. Bu nədir, özünün acizliyini gizlətmək üçün xalqa xəyanət etmək deyilmi? Namizədləri mübarizədən çəkindirməklə hökumətə xidmət etmək kimi mənfur hərəkətindən xəcalət çəkməməlidirmi bu insan?”.

Yuxarı