Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Repressiya və İgəncələr Əleyhinə Komitəsi Oqtay Gülalıyevlə bağlı TƏCİLİ toplantı keçirdi

Yayınlanma tarixi: 09.11.2019 11:02:05

Repressiya və İgəncələr Əleyhinə Komitəsi toplantı keçirib

"Hüquq müdafiəçisi, Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin koordinatoru Oqtay Gülalıyevin hadisəsi onun prinsipial ictimai fəaliyyətinə son vermək və başqalarında da qorxu yaratmaq məqsədilə törədilmiş sui-qəsd və terror hadisəsidir."

Bu sözlər "Repressiya və İgəncələr Əleyhinə Komitə"nin toplantısında deyilib.

Toplantıda son günlərin repressiya və işgəncə faktları, hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı hadisənin ictimai araşdırmasına aid ilkin qənaətlər və bu istiqamətdə görüləcək işlər, həmçinin komitənin qarşısında duran əsas vəzifələr müzakirə edilib.

Tədbirdə komitə üzvləri, media təmsilçiləri, işgəncələrə məruz qalmış şəxslərin ailə üzvləri iştirak edib.

Komitə üzvü Əlövsət Sadıqlı deyib ki, Oqtay Gülalıyevin vurulma anının video-görüntüsünün hüquqşünaslar və hüquq müdafiəçiləri tərəfindən təhlili baş vermiş hadisənin qəza yox, qəsdən adam öldürməyə hesablanmış cinayət hərəkəti olduğunu iddia etməyə əsas verir.

Onun sözlərinə görə, siyasi məhbuslar üzrə araşdırmalarla məşğul olan hüquq müdafiəçilərinə qarşı gözlənilən bütün təqib, təzyiq, təhdid, həbs və ya qəsd halları üçün məsuliyyət mövcud hakimiyyətin üzərinə düşəcək.

Komitənin digər üzvü Rövşən Əhmədli deyib ki, Oqtay Gülalıyevin işi ilə bağlı xüsusi istinaq qrupu yaradılmalıdır.

Rövşən Əhmədli son günlərin repressiya və işgəncə faktlarına da toxunub.

Repressiya və İgəncələr Əleyhinə Komitənin üzvü Eldəniz Quliyev deyib ki, komitə fəaliyyətini davam etdirəcək, müvəqqəti olaraq komitənin koordinatoru seçiləcək.

Oktyabrın 29-da Bakının mərkəzində tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub.O, kəllə-beyin travması alıb, beyninə qan sızıb.

Bir neçə saatdan sonra Gülalıyev komaya düşüb. Oktyabrın 30-da Bakıda nevro-cərrahiyyə əməliyyatı edilib.

Oqtay Gülalıyevi müayinə etmək üçün noyabrın 5-də Heydər Əliyev Fondunun dəvətilə gələn türkiyəli mütəxəssislər onun müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər.

Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysilə İstanbula aparılıb və “Avrasiya” klinikasına yerləşdirilib. Ailəsi hüquq müdafiəçisinin vəziyyətinin kritik olduğunu deyir. (TURAN)

Yuxarı