Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ərəblərin süni peykini Fransadan kosmosa göndərən raket qəzaya uğradı

Yayınlanma tarixi: 12.07.2019 11:19:26

Hələlik baş verən qəzanın səbəbləri barədə məlumat yayılmayıb.

İslamazeri.com xəbər verir ki, "Şahin gözü" adlı Birləşmiş Ərəb Əmirliklərinin bir ədəd süni peykini Fransa ərazisindən orbitə göndərərərkən bir ədəd raket atıldıqdan 2 dəqiqə sonra qəzaya uğrayıb.

İRİB-in verdiyi məlumata görə, Voqa raketi bu gün səhər Fransanın Quyan bölgəsində yerləşən Koro kosmik bazadan orbitə göndərilsədə, iki dəqiqədən sonra yerə düşüb.

Bu Voqa raketinin ilk qəzası hesab olunur. Bu raket 2012-ci il 13 fevraldan etibarən Avropanın kosmik mərkəzinin(ESA) istifadəsinə verilib.

Fransız mənbələr bildiriblər ki, Avropanın raket buraxan şirkəti "Arian Speys" raketin yerə düşməsi xəbərini təsdiqləyərək bu hadisə ilə əlaqədar öz təəssüflərini bildirib.

Hələlik baş verən qəzanın səbəbləri barədə məlumat yayılmayıb.

Yuxarı