Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ərdoğandan ümidverici açıqlama: Virusun yayılma sürətini 2-3 dəzə azaltdıq

Yayınlanma tarixi: 26.03.2020 14:28:07

Ərdoğan yeni növ koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər ilə əlaqədar açıqlama verib.

İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər ilə əlaqədar açıqlama verib.

 ''Virusun yayılma sürətini 2-3 dəfə azaltdıq. Virusun öhdəsindən ən qısa müddətdə gələcəyik'', -deyə Ərdoğan bildirib.

Ərdoğan  yeni növ koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərə və atılan addımlara toxunaraq bildirib ki,Türkiyə virusun yayılmağa başladığı  gündən bəri  prosesləri  yaxından təqib edən, zamanında  tədbirlər görən nadir ölkələrdən biridir. Səhiyyə xidmətinin  tutumu və keyfiyyəti ilə bağlı heç kimin şübhəsi olmasın. Hər növ ssenariya qarşı hazırlıqlar görülüb.

''Virusun yayılma sürətini 2-3 dəzə azaltdıq. Virusun öhdəsindən ən qısa müddətdə gələcəyik'',-deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan şəsxi ''Twitter'' səhifəsindən xalqa müraciət edərək deyib:  "Heç bir düşmən millətimizin birliyindən, bərabərliyindən və gücündən   üstün deyildir. Ümid edirəm ki, bu koronavirus təhlükəsini birlikdə dəf edəcəyik" .

Yuxarı