Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ramiz Mehdiyev və Əli Həsənov Dövlət İdarəçilik Akademiyasındakı vəzifələrindən çıxarılıblar

Yayınlanma tarixi: 19.11.2020 12:45:14

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı vəzifəsindən çıxarılıb.

İslamazeri.com xəbər verir ki, o, Akademiyanın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsindən azad edilib.

Həmin vəzifəyə isə Dövlət İdarəçilik Akademiyasının “Elmi-Təşkilat” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Zakir oğlu Rəhimli təyin edilib.

Prezidentin sabiq köməkçisi Əli Həsənov Dövlət İdarəçilik Akademiyasının (DİA) Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsindən azad olunub. Əli Həsənovun indiyədək tutduğu vəzifəyə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev təyin edilib.

Yuxarı