Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Qurban bayramı: İçərişəhər Cümə məscidindən reportaj - VİDEO

Yayınlanma tarixi: 12.08.2019 14:36:11

Qurban bayramı: İçərişəhər Cümə Məscidindən reportaj

Bu gün İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramı günüdür. Dünyanın hər bir yerində olduğu kimi, vətənimiz Azərbaycanda da bu bayram geniş şəkildə keçirilib: məscidlərdə bayram namazları qılınıb, insanlar birbiriləri ilə bayramlaşıblar, qurbanlar kəsilib, ehsanlar verilib.

İslamAzəri olaraq, İçərişəhərdə yerləşən Cümə məscidindən hazırladığımız reportajı sizinlə bölüşürük.

Bayram tədbiri müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Bayram namazı qılındıqdan sonra dualar oxunub və bayram xütbəsi edilib.

Hər il olduğu kimi, "Kral" ət və ət məhsulları şirkəti bu il də ənənəvi şəkildə Qurbanlar kəsdirib və ehtiyaclı insanlara ehsan edib.

İslamAzəri olaraq, biz də öz dəyərli Azərbaycan xalqımızı və dünya müsəlmanlarını bu gün münasibəti ilə təbrik edirik və əmin-amanlıq və bərəkət arzu edirik!

Yuxarı