Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Qorbaçov Qarabağdan danışdı

Yayınlanma tarixi: 11.01.2021 12:33:04

Qorbaçov ümid edir ki, Rusiya Qarabağ probleminin yoluna qoyulması məsələsində kömək edə biləcək.

İslamazeri.com RİA-ya istinadən xəbər verir ki, SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov ümid edir ki, Rusiya Qarabağ probleminin yoluna qoyulması məsələsində kömək edə biləcək.

“Qarabağa gəlincə”¦ Olduqca ağır, köhnəlmiş, kökləri ilə keçmişə gedib çıxan məsələdir. O, gərginləşdikdə, biz iki respublikaya, iki xalqa həll yolu tapmağa kömək etməyə çalışırdıq. Sonradan da Rusiya çalışıb”,- deyə o bildirib.

Qorbaçov əmindir ki, indi - döyüş əməliyyatlarının dayandığı bir zamanda bunun üzərində durmamaq və “həll” istiqamətində hərəkət etmək lazımdır.

“Ümid edirəm ki, Rusiya kömək edə biləcək. Lakin əsas rol münaqişə tərəflərinindir. Ermənistan və Azərbaycan həll ilə bağlı öz üzərilərinə öhdəliklər götürüb. Həll hər iki tərəfin maraqları çərçivəsində olmalıdır. Qalib və məğlub olmadan”, - deyə o əlavə edib.

Yuxarı