Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Qırğızlar deputatlarını seçirlər

Yayınlanma tarixi: 28.11.2021 12:24:27

Bu gün Qırğızıstanda parlament (Cokorqu Keneş) seçkiləri keçirilir

İslamazeri.com “Sputnik “ə istinadən verdiyi məlumata görə, yerli vaxtla sat 10.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 3%-i səs verib.
Bu dəfəki seçkilərdə qırğızıstanlılar yeni qaydalarla səs verirlər. Belə ki, namizədlərdən 54-ü partiya siyahıları üzrə (proporsional sistem), 36 nəfəri isə birmandatlı (majoritar sistem) sistem üzrə seçilir.
Proporsional sistem üzrə seçici siyahısına 3,7 mln.-dan çox qırğızıstanlı, o cümlədən ölkədən kənarda yaşayan vətəndaşlar da daxil edilib. Onlardan 3,6 mln. nəfəri həmçinin birmandatlı dairələr üzrə də səs verə bilərlər (brada xaricdə olan qırğızıstanlılar nəzərə alınmır).

Yuxarı