Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Qeyri-müsəlmandan Kraystçörç şəhidlərinin xatirəsinə jest

Yayınlanma tarixi: 12.06.2019 16:54:46

"Mən öz həmrəyliyimi bu cür ifadə etmək qərarına gəldim"

İslamazeri.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, Yeni Zelandiya sakini Kraystçörç məscidlərindəki terror qurbanlarının xatirəsinə xüsusi müsəlman libası yaradıb.

Süzan Mott deyib ki, terror aktlarının 51 qurbanının xatirəsinə 51 hicab-yaylığından paltar hazırlayıb.

Dizayner öz işini “Allahın göz yaşları” adlandırıb və onu, unudulmaz eksponat kimi müsəlman icmasına hədiyyə edib.

“Mən müsəlman deyiləm, indiyədək də müsəlman icması ilə ünsiyyətdə olmaq mənə qismət olmayıb. Mən (yeni-yeni) hicab haqda öyrənməyə başladım, çünki hətta bizim baş nazir də hicab taxmışdı. Mən də qərara gəldim ki, hicablardan paltar hazırlayacağam”, - deyə o qeyd edib.

“Digər insanlar güllər, hazırladıqları yeməkləri, digər əşyaları ianə etdilər, mən də özümə xas şəkildə həmrəylik bildirmək qərarına gəldim”, - deyə o əlavə edib.

Yuxarı