Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Qədr gecəsinə çatana qədər mənəviyyatdan qidalan!

Yayınlanma tarixi: 1.05.2021 11:13:27

İslamazeri-nin "Din" rubrikasından...

Ramazan ayı çeşmədir. Bir ömür rahat olmaq üçün iç! İç ki, canın həqiqət aləmi ilə bir olsun. Əgər insan öz nəfsini boşlasa, bu dünyanı öz yeyib-içmək yeri qərar verir və yalnız maddiyyatdan qidalanır. Bax gör, nəyə meylin vardır və onu et. Əgər halın varsa, Quran oxu, yoxdursa, namaz qıl. Əgər hövsələn yoxdursa, şeir oxu. Mərifət əhlinin böyüklərindən bəziləri şeir vasitəsilə halının dəyişdiyini deyir.

Ramazan ayında Qədr gecəsinə çatana qədər mənəviyyatdan qidalan.

"Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!" ("Qədr" surəsi, 3-cü ayə.)

Yəni, gəl sənə min ay miqdarında həqiqətlə qidalandırım. Bunun yolu yalnız şəriətə əməl etmək və Allahın hədlərinə riayət etməkdir.

"Və Mənə ibadət edin, doğru yol budur?!" ("Yasin" surəsi, 61-ci ayə)

Bəndəlik birbaşa tövhidə gedən yoldur və sapınması yoxdur. Həmin dəstur-əməllər bəndəliyi insan üçün ərməğan gətirir.

Ustad Füruği

Yuxarı