Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Qardabanidə İslam Peyğəmbəri və İmam Sadiqin (ə) mövlud mərasimi - FOTO

Yayınlanma tarixi: 04.11.2020 21:34:36

Qardabanidə İslam Peyğəmbəri və İmam Sadiqin (ə) mövlud mərasimi keçirilib

İslamazeri.com "Az.shafaqna.com"a istinadən xəbər verir ki, Gürcüstanın Qardabani şəhərinin “Marağa” məscidində bu gün Həzrəti Muhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövludları münasibətilə mərasim keçirilib.

Mərasim Bütöv Gürcüstan Müsəlmanları İdarəsi və Qardabani ruhanilərinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Peyğəmbərin şəxsiyyəti, Quran ayələrində peyğəmbər mövzusunda çıxışlar olub.

Tədbirdə Bütöv Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, “İman” müəssisəsinin sədri, Hacı Namiq Hüseynov, “Əl Mustafa”nın Gürcüstandakı nümayəndəsi Davud Zare, həmçinin Gürcüstandakı Sünni alimlər çıxış ediblər.

Tədbirdə həmçinin, Azərbaycan xalqının 30 ilə yaxındır torpaqlarının işğalda olması, onlara qarşı zülmlərin olunduğu, hazırda haqlı olaraq torpaqlarının işğaldan azad edilməsi istiqamətində apardığı savaşa da işarə olunub.

Qalereya

img
img
img
img
img
img
img
img
img
img
img
img
Yuxarı