Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

“Qarabağda sonadək getməməyimizin səbəblərini indi açıqlaya bilmərik"

Yayınlanma tarixi: 14.01.2022 12:50:43

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

“İndi də biz “niyə sonadək getməmişik” kimi şərhləri eşidirik. Ancaq bunun səbəblərini indi açıqlaya bilmirik”.

İslamazeri.com-un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Qarabağı erməni separatçılarından tam təmizləməməsinin səbəbləri barədə danışarkən deyib.

“İndi bizim məqsədimiz diplomatiya yolu ilə məqsədimizə nail olmaqdır. Bizim ilk hədəfimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. Əgər Ermənsitan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Prezident bunu açıq şəkildə elan edib”, - o vurğulayıb.

Yuxarı