Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Putindən Səddam Hüseyn zarafatı

Yayınlanma tarixi: 07.10.2019 07:18:06

Putin Qazaxıstan prezidentinə zarafatla cavab verib.

İslamazeri.com-un “Islam News”-a istinadən verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin İraqın keçmiş prezidenti Səddam Hüseyn barədə kinayəli sözlər işlədib.

O, “Valday” forumunda çıxışı zamanı nüvəsizləşdirmənin tərəfdarı olan Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevə oxşar mövqe sahibi olmuş Səddam Hüseynin aqibəti barədə xatırladıb.

Belə ki, Tokayev bildirib ki, ölkəsi nüvəsiz dünyaya can atır. O, qeyd edib ki, atom bombası dövlətin təhlükəsizliyinin və iqtisadi inkişafının zamini deyil.

Putin isə buna zarafatla cavab verərək deyib ki, İraqın devrilərək 2006-cı ildə edam edilmiş prezidenti Səddam Hüseynin nüvə silahı məsələsindəki baxışı Tokayevlə eyni olub.

Yuxarı