Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Putindən gözlənilməz addım: Koronavirus xəstələrini ziyarətə getdi - VİDEO

Yayınlanma tarixi: 25.03.2020 12:52:51

Rusiya Prezidenti Vladimir Putin Kommunarkadakı xəstəxanaya getməyi qərara alıb.

İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, bu barədə Prezidentin sözçüsü Dmitri Peskov deyib.

"O, heç bir hazırlıqsız, hansısa təhlükəsizlik tədbiri görülmədən oraya baş çəkdi", - Peskov deyib.

Mətbuat katibinin sözlərinə görə, təhlükəsizlik tədbirləri yalnız kortejin hərəkəti zamanı görülüb.

Kommunarkadakı xəstəxanaya COVID-19-a yoluxma şübhəsi olan insanlar gətirilirlər. Putin qəbul şöbəsinə baş çəkib, baş həkim və tibbi personalla söhbət edib. Xüsusi kostyum geyinən Prezident xəstələrlə də görüşüb.

Bundan əvvəl Putin Novo-Oqaryovoda koronavirusla mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirib. Vəziyyətlə bağlı məruzəni və Moskva meri Sergey Sobyaninin tikiləcək yeni xəstəxananı vertolyotdan izləmək təklifini dinləyən Putin vaxtı itirmədən artıq işləyən müalicə müəssisəsinə baş çəkməyi qərara alıb.

Hazırda Moskvada 290, Rusiyada isə 495 nəfər koronavirusa yoluxub, 22 nəfər sağalıb. 93 min pasiyent həkim nəzarəti altındadır.

Yuxarı