Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Putin və Ərdoğan arasında ilk Qarabağ müzakirəsi

Yayınlanma tarixi: 15.10.2020 10:55:31

Bu barədə Kremldən məlumat verilib.

İslamazeri.com az.shafaqna.com -a istinadən xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Qarabağda döyüşlərin başlamasından sonra ilk dəfə telefon danışığı keçiriblər.

Bu barədə Kremldən məlumat verilib.

Tərəflər Qarabağ münaqişəsi zonasındakı vəziyyəti ətraflı müzakirə ediblər.

Hər iki tərəf 10 oktyabrda Moskvada əldə edilmiş humanitar atəşkəsə riayətin əhəmiyyətini təsdiq edib. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan siyasi prosesin, xüsusilə də ATƏT-in Minsk qrupunun işi əsasındakı (siyasi prosesin) aktivləşməsinin lehinə çıxış ediblər”, - deyə qeyd edilib.

Tezliklə qan tökülməsinin qarşısının alınması və Dağlıq Qarabağ probleminin dinc yolla həllinə keçilməsi məqsədi” ilə həmrəy səylərin olduqca zəruriliyi qeyd edilib.

Putin və Ərdoğan Suriya və Liviya məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar. Danışıq zamanı Rusiya və Türkiyənin bu istiqamətlərdəki koordinasiyasının effektiv xarakterli vurğulanıb.

Yuxarı