Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Putin Moskvada Əliyevlə Paşinyanın qapalı görüşünü təşkil edəcək

Yayınlanma tarixi: 14.06.2018 18:29:02

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Moskvada işgüzar səfərdədir.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Moskvada işgüzar səfərdədir.

Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin açılış mərasiminə Ermənistanın baş naziri Nikol Paşinyanı da dəvət edib.

Azərbaycan və Ermənistan rəhbərliyinin Moskvada görüşəcəyi və Dağlıq Qarabağ münaqişəsi üzrə müzakirələr aparacağı gözlənilirdi. Lakin bu məlumat rəsmi şəkildə təkzib edildi.

Ermənistanın “Aravot” qəzeti isə iddia edib ki, Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü nəzərdə tutulmasa da, qeyri-rəsmi şəkildə ilk təmas olacaq.

“Putin bu təmasın qurulmasında maraqlıdır. Bu baxımdan, iki ölkə rəhbərinin Putinin iştirakı ilə qapalı görüşü gözlənilir. Görüşdə əsasən Qarabağdakı eskalasiya müzakirə olunacaq”, - deyə qəzetin iddiasında bildirilir.

Yuxarı