Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Prezidentin yüksək vəzifə verdiyi 29 yaşlı Rəvan Həsənov KİMDİR? - FOTO

Yayınlanma tarixi: 12.02.2019 23:34:35

O, Bakı Dövlət Universitetinin və Çikaqo Kent-Hüquq Kollecinin məzunudur.

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Rəvan Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edib.

Publika.az xəbər verir ki, Rəvan Vaqif oğlu Həsənov bu günədək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunu əvəz edirdi. O, daha əvvəl Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Rəvan Həsənov 1989-cu ildə anadan olub və bu ilin iyul ayının 2-də 30 yaşını tamam edəcək.

O, Bakı Dövlət Universitetinin və Çikaqo Kent-Hüquq Kollecinin məzunudur.

Qalereya

img
Yuxarı