Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Prezidentin vəzifədən azad etdiyi icra başçısından AÇIQLAMA

Yayınlanma tarixi: 30.09.2019 23:33:44

"Mənim 70 yaşım var, bundan sonra..."

Yaxın saatlarda Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Digər sərəncamla, bundan sonra eks icra başçısının səlahiyyətlərini Vahid Tağıyev yerinə yetirəcək.

Maraqlıdır, işdən çıxarılma xəbərini sabiq icra başçısı necə qarşıladı? Redaktor.az-a açıqlama verən sabiq başçı xəbərə çox müsbət yanaşdığını deyib:

"Allah prezidentimizin canını sağ eləsin. Bundan sonra məqsədim ancaq dövləti və dövlətçiliyi qorumaq, Prezidentin arxasınca getmək, onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək olacaq. Mənim 70 yaşım var. İş olsa, işləyəcəm, olmasa da, eybi yox. Ancaq qəlbən cənab prezidentə dəstək nümayiş etdirəcəm”.

Yuxarı