Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Prezident İlham Əliyev Ağdam, Kəlbəcər və Laçın bölgələrinin geri qaytarılacağını elan etdi

Yayınlanma tarixi: 10.11.2020 03:04:22

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.

“Əziz həmvətənlər bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat videokonfrans formatında imzalanıb. Bəyanat 3 ölkə tərəfindən imzalanmalı idi. Lakin son anda Ermənistanın baş naziri bəyanatı imzalamaqdan imtina etdi. Buna görə görə də bəyanatı mən və Rusiya Prezidenti imzaladıq.

Rusiya və Ermənistanın dövlət başçıları bu sənədi imzalayacaqlar.

Paşinyanın bu hərəkəti başa düşüləndir. Paşinyan onsuz da bu bəyanatı imzalayacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Şuşa və noyabrın 9-da 72 yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun belini qırıb: “Bu bəyanat uzun illər davam edən işğala son qoyur”.

“Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolu sanballı olacaq. Bu gün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürmü bildirmək istərdim. Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradırıq. Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Ona görə də bu gün mən bu sənədi sevinc hissi ilə, qürur hissi ilə imzalayıram və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istərdim”.

Prezident İlham Əliyev çıxışında Ağdam, Kəlbəcər və Laçın bölgələrinin geri qaytarılacağını elan edib.

“Ağdam- 20 noyabr, Kəlbəcər - 15 noyabr, Laçın - 1 dekabr tarixinə qədər Azərbaycana qaytarılır”- deyə Prezident İlham Əliyev qeyd edib.

Yuxarı