Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Pol Poqba İslamı qəbul etməsi haqda: Çox şeyləri anladım...

Yayınlanma tarixi: 12.06.2019 15:19:42

Məşhur futbolçu İslam dini barədə danışıb.

İslamazeri.com-un “The Daily Mail”-ə istinadən verdiyi xəbərə əsasən, Qvineya əsilli Fransa futbolçusu, “Manchester United”-in yarım-müdafiəçisi və dünyanın ən bahalı oyunçularından biri olan Pol Poqba İslam dinini qəbul etməsi haqda danışıb.

Onun sözlərinə görə, İslam dini onu daha rahat, aram biri edib və ona bir çox şeyləri anlamağa imkan verib.

Xatırladaq ki, o, müqəddəs Ramazan ayında Məkkə şəhərinə Ümrə səfəri etmişdi.

“Bu, yaxşı bir dəyişiklik oldu, çünki, anamın müsəlman olmasına baxmayaraq, mən qeyri-müsəlman olaraq dünyaya göz açmışdım”, - deyə o qeyd edib.

O bildirib ki, İslam - son illər göstərilməyə çalışıldığı kimi bir din deyil.

“Əslində İslam gözəldir. Hər kəs onunla əlaqəni hiss edə bilər. İslam insanlıq və digər şeylərə ehtiram deməkdir”, - deyə o vurğulayıb.

Yuxarı