Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Peyğəmbər sülaləsi məhz Xanım Zəhranın (s.ə) vasitəsilə dünyaya yayıldı

Yayınlanma tarixi: 4.02.2021 03:39:02

Bakının İmam Rza məscidinin imamı, ilahiyyatçı alim Mirhəmid Məmmədov bu barədə danışıb

Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə Bakının İmam Rza məscidinin imamı, ilahiyyatçı alim Mirhəmid Məmmədov az.shafaqna.com -a münasibət bildirib.

Bu münasibəti sizlərə təqdim edirik:

“Bismillahir Rəhmanir Rəhim

Bir zaman qadın hüququndan heç bir xəbər olmadığı bir dövrdə, hətta qız uşaqlarının diri-diri torpağa basdırıldığı bir zamanda Allah Təala öz həbibinə, öz rəsuluna məhz bir qız hədiyyə etdi ki, Rəsulullah o qıza göstərdiyi davranış bütün dünyaya, bütün insanlığa bir nümunə oldu.

Allahın istəyi belə imiş; Rəsulullaha bir qız övlad nəsib edir və onun məqamını o qədər uca edir ki, onun barəsində bir surə ”“ Kövsər surəsini nazil edir.

Allahın istəyilə Peyğəmbərə bu qız nəsib olur və Peyğəmbər bu qıza o qədər məhəbbət, hörmət göstərir ki, onun sevincini öz (Peyğəmbər) sevinci , ona olan əziyyəti özünə qarşı əziyyət elan edir. O qızın məqamını o qədər uca bildirir ki, Rəsulullah Allahın iznilə onu Aləmlərin xanımlarının xanımı elan edir ”“ Seyyidətul Nisail Aləmin.

Allah Təala Peyğəmbərə bağışladığı  bu xanıma böyük ismət bəxş etdi. Necəki ki, Təthir ayəsini (Əhzab 33) Peyğəmbər ailəsi haqqında nazil edərək, Həzrət Fatimeyi Zəhranı (s.ə) müəyyən edib. Yəni Fatimeyi Zəhranın (s.ə) paklığı, isməti bu ayədə məlum olur. Peyğəmbərin qızına göstərdiyi məhəbbət insanlara bir nümunə oldu. Peyğəmbər göstərdi ki, qız uşağı ilə necə rəftar edərlər və qız uşağının məqamı valideyninin yanında necə olmalıdır.

Bir zaman gəlir ki, Həzrət Fatimənin (s.ə) ərə getməsi və həyat qurması üçün özünə layiq  Allahın vəlisi tapılır ”“ o da Əmirəlmöminin Əli idi (ə). Peyğəmbər öz qızını ona ərə verir. O Xanımın məqamı o qədər ucadır ki, həyat yoldaşı möminlərin əmiri, Mövla Əlidir. Bu ailə o qədər ucadır ki, Allah onlara Həsən və Hüseyni nəsib edir.  Bu ailə elə bir ailədir ki, müsəlmanları, möminləri hidayət yoluna cəlb edir. Bu ailə elə bir ailədir ki, Allah yolunu qoruyan və Allah yolunda fədakarlıq edən, Allah yoluna dəvət edən bir ailədir. Xanım Fatimeyi  Zəhra (s.ə) 18 il həyatı dövründə qadınlara, kişilərə elə bir nümunə  göstərir ki, bu bir əsil insanlıq, din nümunəsidir.

Allah Təala Öz istəyilə Həzrət Zəhranın (s.ə) məqamını ucaltdı. Bir tərəfdən  aləmlərə nümunə, bir tərəfdən Aləmlərin xanımlarının xanımı, bir tərəfdən Allahın yer üzündə ədalət qurması üçün göndərəcəyi şəxsin onun nəslindən olması. Peyğəmbər sülaləsi məhz bu xanımın vasitəsilə dünyaya yayıldı.

Həzrət Fatimənin (s.ə) məqamı o qədər böyükdür ki, Peyğəmbər buyurdu Fatimənin (s.ə) nəslindən bir nicat verən şəxs gələcək, zühur edəcək ki,  yer üzü zülmlə dolduğu bir halda, yer üzündə ədalət onun vasitəsilə bərpa olunacaq.

Həzrət Fatimeyi Zəhranın (s.ə) məqamı o qədər üstündür ki, biz onu nə dərk edə bilərik, nə də tələffüz edib danışa bilərik.

Odur ki, o Xanımın (s.ə) doğum günü də bizim üçün əzizdir.

Bu gün ona görə əzizdir ki, belə bir gündə belə bir vücud dünyaya gəlib. Peyğəmbər Həzrət Fatimə (s.ə) haqqında  buyurdu: “Mənim canımın yarısıdır.”

Fatimeyi Zəhranın (s.ə) atası Peyğəmbər, əri İmam Əli (ə), övladları Həsən (ə), Hüseyn (ə), Zeynəb (ə) və silsilə imamlardır.

Həzrət Zəhranın (s.ə) doğum günü münasibətilə bütün müsəlmanları təbrik edirəm!”

Yuxarı