Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Pakistanın bir çox şəhəri işıqsız qaldı

Yayınlanma tarixi: 10.01.2021 12:12:11

Pakistanın bir çox şəhərində elektrik enerjisi kəsilib.

İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, bu barədə Dawn nəşri məlumat yayıb.

Gecə yarısından bir az əvvəl Kəraçi, İslamabad, Lahor, Multan və Kasur şəhərləri işıqsız qalıb. Bildirilir ki, ölkənin digər şəhərlərində də analoji problem yaşanır. 

Baş nazirin köməkçisi Şahbaz Gil bildirib ki, energetika naziri və bütün komandası qəzanın səbəblərini araşdırmaqla məşğuldur.

SAMAA telekanalının məlumatına görə, Pakistanda elektrik enerjisinin kəsilməsinə səbəb paylanma sistemindəki xətadır.

Yuxarı