Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Özünü öldürən şəxsin super-market müdiri olduğu təsdiqləndi

Yayınlanma tarixi: 15.04.2019 17:27:57

İntihar hadisəsi rayonun Heydər Əliyev prospekti, rayon icra hakimiyyəti binasının yaxınlığında qeydə alınıb.

Bərdə rayonunda intihar hadisəsi baş verib. Belə ki, intihar hadisəsi rayonun Heydər Əliyev prospekti, rayon icra hakimiyyəti binasının yaxınlığında qeydə alınıb.

İslamazeri.com xəbər verir ki, rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü evinin həyətində yerləşən çardaqdan asaraq intihar edib. T.İsgəndərovun “Araz” marketin Bərdə filialının müdiri olduğu bildirilir.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən “Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova hadisənin şəxsi zəmində baş verdiyinin ehtimal edildiyini bildirib:

“Hadisənin səbəbləri, hələlik, tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır, hadisənin əsl səbəbləri araşdırmadan sonra məlum olacaqdır.

Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015 -cı ildən Araz Super-marketlər Şəbəkəsində çalışırdı”.

Yuxarı