Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Oqtay Əsədov: “Bu məsələləri çox şişirtməyin”

Yayınlanma tarixi: 30.05.2019 14:21:03

"Xahiş edirəm bu məsələləri çox şişirtməyin."

"Azərbaycanda islahatlar aparılır, prezident müəyyən işlər görür. Mən hələ görməmişəm ki, siz çıxışlarınızda bu barədə bir söz deyəsiniz”.

İslamazeri.com Unikal.org-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına münasibət bildirərkən söyləyib.

"Harada bir çatışmazlıq var, onu deməyə başlayırsınız. Azərbaycanı Tacikistanla müqayisə edirsiz. Xahiş edirəm bu məsələləri çox şişirtməyin. 7 dəqiqə danışdınız, Azərbaycanda gedən işlər barədə bir dənə müsbət söz söyləmədiniz. Hamısı mənfi məsələlər oldu”, - deyə O.Əsədov əlavə edib.

Yuxarı