Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdi ilə bağlı çağırış edib

Yayınlanma tarixi: 22.09.2022 17:32:19

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə növbəti təxribat cəhdinin pislənilməsinə dair çağırış edib.

Ombudsman Aparatından "İslamazeri.com"a verilən xəbərə görə, çağırışda deyilir ki, 22 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, habelə diversiya qrupu tərəfindən həmin ərazilərdə dərə boşluqları minalanmaqla basqına cəhd göstərilib:

“Ermənistan tərəfinin bu cür təxribatlara yol verməməklə bağlı çağırışlara məhəl qoymaması sülh quruculuğu prosesinə və beynəlxalq hüququn tələblərinə laqeyd yanaşmanın növbəti göstəricisidir. Ombudsman olaraq, aidiyyəti beynəlxalq təşkilatları insan hüquqlarına ciddi təhdid yaradan bu kimi hallarla bağlı təsirli tədbirlər görməyə və Ermənistanın təxribatçı əməllərini qəti şəkildə qınamağa çağırıram”.

Yuxarı