Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Niyə NATO ölkələri bizi terrorizmlə mübarizədə tək qoydu?

Yayınlanma tarixi: 13.01.2021 10:49:47

Türkiyə Prezidenti NATO-nu tənqid atəşinə tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun terrorizmlə mübarizədə ölkəsinə kifayət qədər yardım etməməkdə ittiham edib.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir.

"Avropa İttifaqı və NATO-nun təhlükəsizliyi bizim şərq sərhədlərindən başlayır. Biz NATO çərçivəsində terrorizmlə mübarizədə əməkdaşlıqdan heç vaxt imtina etməmişik. Niyə NATO ölkələri bizi terrorizmlə mübarizədə tək qoydu? Türkiyədən başqa kim "İslam Dövləti" ilə mübarizə aparır?", - deyə Ərdoğan qeyd edib.

O, həmçinin Birləşmiş Ştatları kürd özünümüdafiə dəstələrinə yardım etməkdə ittiham edib.

"Silahla dolu minlərlə yük maşını, nəqliyyat vasitələri terror qruplaşmalarına yönləndirilib. Onlar isə bundan istifadə edərək bizə qarşı müharibəyə başladı. NATO üzvü olaraq biz onlarla mübarizə aparırıq və aparacağıq", - deyə Türkiyə lideri qeyd edib.

Yuxarı