Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Nigeriyada Əhlibeyt tərəfdarlarına qarşı hücumlar şiddətləndi, ilk etirazlar Türkiyə azərbaycanlılarından... FOTO

Yayınlanma tarixi: 12.01.2018 19:46:19

Nigeriyada şiələrin lideri Şeyx İbrahim Zəkzəkinin tərəfdarlarına qarşı hücumlar silahlı müstəviyə keçdi

İslamazeri.com xəbər verir ki, bir neçə gündür həbsxanada ağır şəraitə görə, Nigeriya şiələrinin lideri Şeyx Zəkzakinin vəziyyətinin ölümcül hala yaxınlaşmasından sonra ölkədə etirazlar davam etməkdədir. Məlumata görə, bu gün artıq Nigeria Ordusu şiələrin aksiyalarına qaz bombası, rezin güllə, hətta döyüş silahından belə isifadə ediblər.

Etirazlar Nigeriyanın 5-6 bölgəsində keçirilməsindən qorxuya düşən Nigeriya Ordusu artıq əks-hücuma keçməkdə, və etirazlaa radikal güc istifadə etməkdədir. Məlumata görə, etirazlarla bağlı çox sayda nigeriyalı həbs olunub, onlarla nəfər isə öldürülüb və yaralanıb.

 

Xarici ölkələrdə isə etirazlar davam etməkdədir. İlk böyük etirazlar Türkiyənin İstanbul şəhərinin Halkalı bölgəsində, Zeynəbiyə məscidində qılınan cümə namazından sonra keçirilib. Aksiyada yüzlərlə insan iştirak edib və müxtəlif şüarlar səsləndiriblər. Etirazçılar Şeyx Zəkzakinin azad edilməsi üçün Nigeriya dövlətinə də müraciət ediblər.

Sabah isə İstanbulun Eminönü (mərkəz)bölgəsində  böyük aksiya keçiriləcək. Aksiyanın başqa şəhərlərdə keçiriləcəyi istisna edilmir.

Qalereya

img
Yuxarı