Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Netanyahunun ardınca Ayətullah Xameneinin məsləhətçisi Putinlə görüşdü

Yayınlanma tarixi: 12.07.2018 14:03:16

Ayətullah Xameneinin məsləhətçisi Rusiyaya səfər edib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin öz iqamətgahında İranın Ali lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə Baş məsləhətçisi Əli Əkbər Vilayətini qəbul edib.

Rusiya nümayəndə heyətinin tərkibində Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.

Qeyd edilir ki, İran tərəfdən isə danışıqlarda Ali liderin Məsləhətçiləri Şurasının sədri Əli Əsğər Fəthi Sarbanqoli və İranın Rusiyadakı səfiri Mehbi Sənai iştirak edib.

Daha öncə məlum  olmuşdu ki, İranın Ali liderinin məsləhətçisi Putinə məktubun verilməsi üçün iyulun 11-i Moskvaya səfər edəcək.

Yuxarı