Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Netanyahu Trampla şəklini twitterdən sildi

Yayınlanma tarixi: 12.01.2021 17:35:51

Donald Trampın ABŞ prezidenti vəzifəsindəki son günləri qalmaqallarla müşayiət olur və bəzi dünya liderləri öz siyasi karyeralarına zərər vurmamaq üçün onunla münasibətlərinə yenidən baxmağı zəruri hesab edirlər.

İslamazeri.com RİA “Novosti”yə istinadla xəbər verir ki, belə liderlərdən biri də İsrailin Baş naziri Binyamin Netanyahudur.

Məsələ burasındadır ki, İsrailin Baş naziri uzun müddətdir şəxsi “Twitter” səhifəsinin üz qabığını bəzəyən Trampla birgə fotosunu silib. Sözügedən foto Netanyahunun Ağ Evə səfəri zamanı çəkilmişdi.

Artıq Netanyahunun “Twitter” səhifəsinin üz qabığında ona peyvənd vurulduğu zaman çəkilən öz fotosu yerləşdirilib. Paylaşım “İsrail vətəndaşları, həyata qayıdırıq” sözləri ilə müşayiət olunub.

Xatırladaq ki, bir neçə gün öncə “Twitter” rəhbərliyi Donald Trampın bu sosial şəbəkəsindəki səhifəsini ləğv etmişdi.

Yuxarı