Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

NATO: Türkiyə S-400 məsələsində haqlıdır

Yayınlanma tarixi: 15.04.2019 18:34:44

NATO rəsmisi Türkiyənin S-400 alışı ilı bağlı danışıb.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyənin Rusiyada S-400 komplekslərini alması, rəsmi Ankaranın suveren hüququdur.

Bunu Böyük Britaniya parlamentinin üzvü, NATO Parlament Assambleyasının prezidenti Madlen Mun bəyan edib.

“Ankara kritik dərəcədə mühüm bölgələrdə, o cümlədən də Əfqanıstan, İraq və Kosovoda, NATO missiyasına ciddi töhfə verir”, - deyə o bildirib.

O, Türkiyəni NATO üzrə öhdəliklərini yerinə yetirən güclü və etibarlı müttəfiq adlandırıb.

Mun NATO Baş kati Yens Stoltenberqin də mövqeyini xatırlabı. Baş katib də S-400-ün alışını Türkiyənin müstəqil qərarı adlandırıb.

“Stoltenberq haqlıdır. Bu, Tükriyənin müstəqil hüququdur. Bu, eynilə blokun digər ölkələrinə də aiddir. NATO müttəfiqlərinə nələri almalı olduqları və hansı addımları atmalı olduqları barədə göstəriş vermir. Bu, alyansın prinsipləri ilə ziddir, lakin həmçinin bilmək də lazımdır ki, istənilən seçimin öz nəticələri var”, - deyə o əlavə edib.

Üstəlik o qeyd edib ki, Rusiya silahları NATO təhlükəsizlik qüvvələri, həmçinin F-35 üçün riskdir.

Yuxarı