Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Namaz tətbiqinin məlumatları xarici kəşfiyyat qurumlarına satılıb

Yayınlanma tarixi: 14.01.2021 12:42:21

Daha bir müsəlman mobil tətbiqin tərtibatçıları istifadəçilərin harada olmaları barədə məlumatları ABŞ-ın güc strukturlarına ötürüblər.

İslamazeri.com  “Vice News”a istinadla xəbər verir ki, bu dəfə qalmaqal “Salaat First” tətbiqi ətrafında meydana gəlib.

Bildirilir ki, "Salaat First” tətbiqinin məlumat bazası Fransanın “Predicio” şirkətinə satılıb. O isə öz növbəsində materialları Amerikanın immiqrasiya xidməti və FTB-yə ötürüb.

Xatırladaq ki, iki ay əvvəl buna bənzər qalmaqal “Muslim Pro” tətbiqi ətrafında yaranmışdı. O zaman bəlli olmuşdu ki, istifadəçilərin lokasiyaları “X-Mode” IT şirkətinə ötürülüb, o izə daha sonra onları başqa ünvanlara, o cümlədən ABŞ ordusuna satıb.

Bütün bunlar onu sübut edir ki, ən populyar İslam mobil tətbiqlərindən istifadə edən müsəlmanların məlumatları onların razılığı olmadan ABŞ-ın güc strukturlarına ötürülür.

Yuxarı