Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

“Müstəqil Kürdüstanın əleyhinə olan yeganə ölkə İrandır”

Yayınlanma tarixi: 17.07.2017 16:32:49

İraqın keçmiş xarici işlər naziri və Kürdüstan Demokrat Partiyasının (PDK) Siyasi Bürosunun üzvü Xoşyar Zəbari Kürdüstanın "müstəqillik referendumu"na İrandan başqa heç bir ölkənin əleyhinə olmadığını ifadə edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, PDK-çı siyasətçi Xoşyar Zəbari referendum üçün yaranan şərtlərin dəyərləndirilməsi lazım olduğunu, bir daha bu şərtlərin təkmilləşməsinin çətin olduğunu deyib.

İraqlı "Əl Şərqiyyə" televiziyasına danışan və Kürdüstan Bölgəsinin "müstəqillik referendumu"nu dəyərləndirən PDK Siyasi Bürosunun üzvü Xoşyar Zəbari siyasi partiyaların böyük hissəsinin bu məsələdə həmfikir olduğunu, bəzi partiyalar ilə baş verən ziddiyyətlərin isə həlli üçün səy sərf edildiyini söyləyib.

Xoşyar Zəbari "Yalnız İran hökuməti rəsmi olaraq referenduma qarşı olduğunu açıqlayıb. İran xaricində demokratik heç bir ölkə referenduma qarşı olduğunu deməyib. Sadəcə referendum qərarında izlənən mexanizmə qarşı iradlar var",- açıqlamasını edib.

Qalereya

img
Yuxarı