Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Müsəlmanlar kimsəsiz şəxslərə layiqli dəfn mərasimləri keçirirlər

Yayınlanma tarixi: 8.04.2021 20:02:54

“Kamillik və Mərhəmət Assosiyasiyası”-nın Baş katibi Lamin Mandianq bu haqda danışıb

Az.shafaqna.com “Africa News”-ə istinadən xəbər verir ki, təxminən 10 ildir ki, Seneqaldakı müsəlman təşkilatının könüllüləri şəxsi vəsaitləri hesabına meyitləri tanınmayan müsəlman qardaş və bacılarını dəfn edirlər.

“Kamillik və Mərhəmət Assosiyasiyası”-nın Baş katibi Lamin Mandianq bildirib ki, təşkilat 2010-cu ildə araşdırma aparıb və müyyən edib ki, kimliyi müəyyən edilməyən bir meyit aşkar edildikdə dövlət xidmətləri onları İslam qaydaları əsasında dəfn etmirlər, baxmayaraq ki, ölkənin azı 94%-i müsəlmandır.

Onlar bizim müsəlman qardaş və bacılarımızdır, biz onların qayğısına qalmağa borcluyuq”, ”“ deyə Mandianq bu cür dünyasını dəyişənlər barədə qeyd edib.

Biz harada və nə zaman öləcəyimizi bilmirik. Ona görə də bu gözəl işi etməliyik. Biz onlar üçün dua edirik və Allahdan onları cənnətlə mükafatlandırmasını diləyirik”, - deyə müsəlman könüllü Əhmədin Ndoye bildirib.

Yuxarı