Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Müsəlman şəhər növbəti dünya rekordunu qırdı - FOTO

Yayınlanma tarixi: 12.07.2018 17:13:17

Birləşmiş Ərəb Əmirliklərində növbəti dünya rekordu qırılıb.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Birləşmiş Ərəb Əmirliklərində qırılmış növbəti rekord Ginnesin rekordlar Kitabına düşüb. Əmirlik bu səfər isə sahəsinə görə dünyanın ən böyük pazlı ilə seçilib.

Pazl Dubayın Aptaun Dubay rayonunda qurulub. Rekordçu-pazl 12 min detaldan ibarətdir və BƏƏ-in qurucu-atası hesab edilən Şeyx Zayedin simasını təsvir edib.

6 min kvadrat metr sahəni tutan pazl o qədər böyükdür ki, onu ancaq yüksəklikdən gözdən keçirmək olar.

Ginnesin rekordlar Kitabının məlumatına görə, əvvəlki analoji rekordun sahəsi isə 5428,8 kvadrat metr olub və 2002-ci ildə Honkonqda qeydə alınıb.

Qalereya

img
Yuxarı