Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Müsəlman ölkəsində azanların səsini məhdudlaşdırdılar

Yayınlanma tarixi: 14.06.2018 12:47:58

Qazaxstanda azan səsi ilə bağlı məscidlərə tələb irəli sürülüb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Qazaxstan müsəlmanlarının Din İşləri İdarəsi və Din Məsələləri və Vətəndaş Cəmiyyətləri Nazirliyi məscidləri azan üçün irəli sürülən sanitar-epidemioloji tələblərə əməl etməyə səsləyib.

Belə ki, qanuna əsasən, saat 07:00-dan 23:00-dək azanın səsinin yüksəkliyi 70 desibel, gecə vaxtı isə 60 desibeldən yuxarı olmamalıdır.

Qeyd edilir ki, çoxsaylı yerli sakinlərin müraciətlərindən sonra ölkə rəhbərliyi bu müraciətlə çıxış edib.

Xatırladaq ki, 2017-ci ildə ölkədə açıq şəkildə məscidlərin azanının və kilsələrin zənginin ateistlərin hüquqlarını pozub-pozmadığı müzakirə edilirdi. Lakin ölkə parlamenti həmin dini səsləri ancaq sanitar normalar ilə məhdudlaşdırmaq qərarı vermişdi.

Yuxarı