Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Müsavat rəhbərləri paytaxt polisinə çağırılıblar

Yayınlanma tarixi: 09.11.2019 13:32:43

Son üç gün ərzində Müsavat Partiyasının 40-dan çox rəhbəri və fəalı polis orqanlarına çağırılıb.

Son üç gün ərzində Müsavat Partiyasının 40-dan çox rəhbəri və fəalı polis orqanlarına çağırılıb. Bu barədə Turan-a Müsavat-ın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib. 

Onun sözlərinə görə, çağırışlar Partiyanın noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında  təyin etdiyi aksiya ilə bağlıdır. Dəvət olunanlardan aksiyada iştirak edib-etməyəcəklərini soruşurlar.

"Hələlik saxlanılan yoxdur, amma təzyiq davam edir", deyə Hacıbəyli bildirib.

Şənbə günü Müsavat Partiyasının sədr müavinləri Səxavət Soltanlı, Fərəc Kərimov və Razim Əmiraslanlı, habelə partiyanın aparat rəhbəri Gülağa Aslanlı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat-ın noyabrın 10-na təyin etdiyi mitinqin şəhərin hüdudları daxilində keçirilməsinə razılıq verməkdən imtina edib və aksiyanı Lökbatan qəsəbəsində keçirməyi təklif edib.

Partiya mitinqi ləğv edib və piketi noyabrın 12-nə Şəhər Administrasiyasının binası qarşısında təyin edib. Amma İcra Hakimiyyəti bu piketə razılıq verməkdən imtina edib. Buna baxmayaraq, Müsavat rəhbərliyi şəhər administrasiyası qarşısında aksiya keçirəcək. 

Yuxarı