Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Mübariz İbrahimovun atasının müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü

Yayınlanma tarixi: 10.10.2019 18:43:35

Heydər Əliyev Fondu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun müalicəsini öz üzərinə götürüb.

Heydər Əliyev Fondu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun müalicəsini öz üzərinə götürüb.

Bu barədə "Report"un Muğan bürosuna Ağakərim İbrahimovun oğlu Rəşad İbrahimov məlumat verib.

Onun sözlərinə görə, A.İbrahimov bu gün Bakı şəhərində ürəyindən əməliyyat olunduğu Mərkəzi Klinikadan evə buraxılıb və yaşadığı Biləsuvar rayonunun Əliabad kəndinə yola salınıb. 

"Bundan sonra onun müalicəsi ev şəraitində davam etdiriləcək. Hazırda atamın vəziyyəti yaxşıdır, rahat şəkildə yeriyir, gəzir. Atamın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb", - deyə R.İbrahimov bildirib.

Qeyd edək ki, A.İbrahimov bir həftə əvvəl ürəyindən əməliyyat olunub.

Yuxarı