Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Mosulda qanlı terror aktları törədən İŞİD komandiri məhv edildi - Foto

Yayınlanma tarixi: 11.09.2019 16:46:55

Mosulda qanlı terror aktları törədən İŞİD komandiri məhv edilib

İŞİD-in terror təşkilatının Mosuldakı terror aktlarını planlaşdıran tanınmış təhlükəsizlik komandirlərindən biri Suriyanın şimal-şərqində öldürülüb. Bu barədə "Basnews" saytı məlumat yayıb.  

Məlumata görə, Suriya Demokratik Qüvvələri kimi tanınan kürd silahlıları, İŞİD terror qruplaşmasının ən yüksək vəzifəli komandirlərindən birini öldürdüklərini açıqlayıblar.  

Suriya Demokratik Qüvvələri məlumat mərkəzinin yaydığı açıqlamada bildirilib ki, qüvvələrimiz Rif əl-Həsəkədə tunelə hücum edib.

Əməliyyat zamanı İŞİD təhlükəsizlik qüvvələrinin rəhbərlərindən biri olan Əbu Haris İraqi öldürülüb.

Qeyd edək ki, Əbu Haris İraqi, 2013-cü ildə Mosulun cənubundakı İŞİD hücumlarına cavabdeh və Diyala əyalətinin təhlükəsizlik komandiri olub.

 

(eastnews )

Qalereya

img
Yuxarı