Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

“Moody s”dən Türkiyə açıqlaması

Yayınlanma tarixi: 15.04.2019 20:18:59

"Moody's" yayımladığı hesabatında inflyasiyanın ilin sonunda 17 % olmasını, iqtisadiyyatda 2 % kiçilmə gözlədiyini ifadə edib.

"Moody's" kredit dərəcələrini müəyyənləşdirmə təşkilatı Türkiyənin büdcə və maliyyə naziri Bərat Albayrakın çərşənbə günü açıqladığı 2019-cu il islahat proqramının "məhdud məzmun və incəlik təqdim etdiyini və struktur problemlərinin davam etdiyini" bildirib.

İslamazeri.com xəbər verir ki, "Moody's" yayımladığı hesabatında inflyasiyanın ilin sonunda 17 % olmasını, iqtisadiyyatda 2 % kiçilmə gözlədiyini ifadə edib.

Resesiya nəzərdə tutan baza ssenariyə bağlı olaraq bu il büdcə kəsirinin 3.3 % ilə hökumətin proqnozlarından daha artıq olması nəzərdə tutulan hesabatda hökumətin ilk müəyyənləşdirdiyi büdcə kəsiri hədəfinə çatmaq üçün xərc və gəlir tənzimləmələri edəcəyi ifadə edilib.

"Moody's" həmçinin Türkiyə bankçılıq sistemindəki izlənən kreditlərin (NPL) əsl səviyyəsini göstərən bir şəffaflıq olmadığını bildirib.

Yuxarı