Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu

Yayınlanma tarixi: 6.03.2021 20:23:53

İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır

Xəbər verdiyimiz  kimi  İslam Dünyasının nüfuzlu din alimi, böyük mərcə təqlid müctehidi Ayətullah Seyid Sistani dünya katoliklərinin rəhbəri Papa Fransislə görüşüb.

Az.shafaqna.com bununla bağlı Azərbaycanın tanınmış din xadimi, Bakının İmam Rza məscidinin imamı, ilahiyyatçı alim Mirhəmid Məmmədovdan münasibət alıb.

İlahiyyatçı ilk olaraq dinlər, məzhəblərarası, həmçinin dini liderlərin diaoloqunun önəminə diqqət çəkərək “Məlumdur ki, dünyada sabitliyi bərqərar etmək üçün mütləq dinlərarası dostluq və səmimiyyətin bərpa olunması lazımdır. Əgər dinlər arası, məzhəblərarası dostluq, səmimiyyət bir-birinə qarşılıqlı hörmət  və ehtiram olmasa, bir-birlərin hüquqlarının qorunması istiqamətində addım atılmasa bu dünyada müharibələrin və problemlərin yaranmasına səbəb olacaq. Hazırda bir çox yerdə müharibələr dinlərarası ziddiyətdən irəli gəlir və bəzi yerlərdə bunun şahidiyik. Buna görə də, dini liderlərin bir-birilə dostluğu, səmimiyyəti, diaoloqu lazımdır və mütləqdir. Belə olan halda adi dindarlar da, bir-birilərinə qarşı mehriban, dostluq mühitində yaşaya bilərlər.”, -deyə bildirib.

Papanınİraq səfərinə toxunan Hacı Mirhəmid Məmmədiv sonra deyib: “Papanın İraqa səfəri tarixi andır. Ona görə ki, İraqda 20-yə yaxın din mənsubları yaşayır. Həmçinin İraqda 14 növ xristian firqəsi yaşayır. Elə belə deyil ki, İraqda birlik və sülh yaranması üçün bunların arasında dialoq olmalıdır. Papanın  İslam Dünyasının böyük dini liderlərindən olan, mərcəi təqlid müctehidi Ayətullah Sistani ilə görüşü tarixi bir hadisə olmaqla yanaşı, dəyərli bir andır.”

Din xadimi sonra Ayətullah Sistaninin dinlər, məzhəblərarası sülhə verdiyi töhfələrinə də işarə edib: “Ayətullah Sistaninin dünyada olan nüfuzu , eyni zamanda Ayətullah Sistaninin İraqın  Səddam Hüseyndən sonrakı dövrdə dövlət kimi qalmasında böyük rolu vardır. Çünki, Səddam dövründən sonra İraqda daxili ixtilaflar meydana çıxmışdı ki, böyük vətəndaş müharibəsi və parçalanmalar ola bilərdi. Həmçinin dinlərarası qarşıdurmalar və qan tökülməsilə müşahidə olunacaq faciə baş verə blərdi ki, məhz bunun qarşısını Ayətullah Sistani ala bildi. Bunu dünya bilir və dəyərləndirir ki, İraqdakı dinlər və məzhəblərarası sülhün, dostluğun bərqərar olmasında Ayətullah Sistaninin böyük rolu olmuşdur.  Hətta digər məzhəbdə olanlar üçün Ayətullah Sistaninin məşhur “Onlar bizim qardaşım deyil, canımızdır.” cümləsi tarixə qızıl hərflərlə həkk olundu.”

Bu görüşün hansı nəticələr verəcəyi haqda isə Bakının İmam Rza məscidinin imamı, ilahiyyatçı alim Mirhəmid Məmmədov belə deyib: “Bildiyimə görə, Papanın Ayətullah Sistanilə 45 dəqiqəlik görüşü çox səmərəli  olmuşdur. Düşündüyümə görə, bu görüşün dünyada və  reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır. Görüş çox səmimi olmuşdur. Bir daha təkrar etmək istəyirəm ki, Dini liderlərin bu cür bir araya gəlməsi xalqlar, dinlər və məzhəblər arasında dostluğun yaranmasına gətirib çıxarır. İnsan olaraq diaoloqdan başqa çıxış yolumuz yoxdur. Yer Kürəsi insan üçündür, hər bir millətin, dinin müxtəlif baxışları var. Dünyada yaşayan dinlərin nümayəndələri bir-birinin hüquqlarını qorumalı sülh şəraitində yaşamalıdırlar. Əks halda zərər çəkən din olacaq, məzhəb olacaq  ki, hər bir insan bu zərərin təsirini görər. Bu görüşü təqdirəlayiq hesab edirəm, yüksək dəyərləndirirəm.  Papanın Nəcəf küçələrinə gəlməsi, Ayətullah Sistani həzrətlərilə görüşü özü tarixi bir hadisədir. Burada Papanın təvazökarlığından söhbət gedirsə, eyni zamanda Ayətullah Sistaninin də əzəmətindən söhbət gedir ki, ilk dəfədir Katolik lideri hansısa bir dini liderin görüşünə gedir. Çox sevindirici haldır, ümidvaram ki, bunun müsbət nəticəsini çox yaxın zamanlarda biz hiss edəcəyik.”

Yuxarı