Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Millət vəkili: O uşaqdan popkorn almaq lazım idi...

Yayınlanma tarixi: 10.05.2019 10:44:27

Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, qoy verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı”, - deyə o vurğulayıb.

“Azneft” meydanının altındakı yeraltı keçiddə popkorn satan uşağın məsələsi məni çox təsirləndirdi. O uşağı oradan aparatı ilə çıxarmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi.

Oxu.Az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində millət vəkili Aydın Mirzəzadə yazıb.

“Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, qoy verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı”, - deyə o vurğulayıb.

Xatırladaq ki, bu günlərdə Milli Məclisin deputatı Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etiraz edib. Nəticədə həmin “popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb.

Yuxarı