Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Məhkəmə jurnalisti şərti cəzadan azad etməkdən imtina edib

Yayınlanma tarixi: 06.11.2019 14:52:35

Əziz Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb

Noyabrın 5-də Nəsimi rayon məhkəməsində “Kanal-13” İnternet televiziyasının həmtəsisçisi Əziz Orucovun şərti cəzadan azad edilməsi və məhkumluğunun götürülməsi haqqında müraciətinə baxılıb. Hakim Şəlalə Həsənova onun müraciətini təmin etməyib. O, “Orucov islah olunduğunu sübut edə bilmədiyi üçün” şərti cəzanın ləğvinə əsas olmadığını hesab edib.

Orucov bu qərardan apellyasiya verəcəyini bildirib, belə ki, qərar qərəzli və ədalətsizdir və “Kanal-13”ün obyektiv fəaliyyətinə görə qisas məqsədi güdür.

O qeyd edib ki, bu, hakim Həsənovanın ona qarşı ilk “qərəzli qərarı” deyil: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər. Bu cəza müddəti başa çatanda cinayət işi başlayıb, yenidən həbs-qətimkan tədbiri seçmişdilər. O zaman mənim haqqımda ilk həbs qərarını da sifarişlə bu hakim vermişdi”, deyə Orucov bildirib.

O qeyd edib ki, şərti cəza ona çətinliklər yaradır. Xüsusən, jurnalistin ölkədən çıxışına qadağa qoyulub, mütəmadi olaraq məhkəmə icraçılarıyla əlaqədə olmalı, onların çağırışlarına getməlidir.

Əziz Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün ”“ iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 2018-ci ilin aprelində Ali Məhkəmə jurnalistin 3 il şərti cəza ilə azadlığa buraxılmasına qərar verib.

Əzizov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. 

Yuxarı