Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

MBH üzvündən 5 gündür xəbər yoxdur - Yeniləndi

Yayınlanma tarixi: 11.02.2019 10:04:44

Rəsmi qurumlar Bəxtiyar Bağırovun saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

"İctimai fəal Bəxtiyar Bağırovdan artıq 5-ci gündür xəbər yoxdur". Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində məlumat yayıb (red: məlumat 10-da yayılıb).

Yaxınlarının dediyinə görə, Bəxtiyar Bağırov “Müsəlman Birliyi” Hərəkatının fəalıdır.

“Bəxtiyar Bağırov Bakının Bakıxanov qəsəbəsində çayxanaların birində olarkən bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılıb. Bağırovla birgə olanlardan biri onu saxlayanların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının olduğunu güman edir. Çünki, o həmin mülki geyimlərindən birini tanıdığını bildirir,” Bağırovun yaxınlarından biri Amerikanın Səsinə bildirib. 

Bununla yanaşı, yaxınları Bəxtiyar Bağırovun saxlanılmasının səbəbləri barədə məlumatsızdır.

Rəsmi qurumlar Bəxtiyar Bağırovun saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

İnanclı Bəxtiyar Bağırova 20 sutka həbs cəzası verilib.  Ətraflı  

Yuxarı