Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Maku qubernatorundan təkzib: İran-Türkiyə sərhədində tutulan qadın İŞİD üzvü deyil

Yayınlanma tarixi: 15.04.2019 21:31:56

Bazərqan sərhədində İŞİD terror təşkilatına üzv bir qadın terrorçunun saxlandığı xəbərə Maku İcra Hakimiyyətindən təkzib gəlib.

İran-Türkiyə sərhədində yerləşən Maku rayonunun qubernatoru Hüseyn Abbasi Bazərqan sərhədində bir qadın terrorçunun saxlandığı xəbərini təkzib edib.

İslamazeri.com xəbər verir ki, Bazərqan sərhədində İŞİD terror təşkilatına üzv bir qadın terrorçunun saxlandığı xəbərə Maku İcra Hakimiyyətindən təkzib gəlib.

Hüseyn Abbasi sözügedən qadının ölkəyə qanuni şəkildə daxil olduqdan sonra pasport polisi tərəfindən şübhəli olaraq nəzarətə alındığını və təhlükəsizlik qüvvələrinə təslim edildiyini bildirib.

Məsələnin təhlükəsizlik qüvvələri tərəfindən araşdırıldığını qeyd edən Abbasi Bazərqan sərhədində təhlükəsizlik şərtlərinin tam olaraq hakim olduğunu və heç bir terrorçunun sərhəd qapılarından ölkəyə daxil ola bilməyəcəyini vurğulayıb.

Yuxarı