Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Maddi sıxıntı və qəzəb probleminin həlli haqda əxlaq ustadından TÖVSİYƏ

Yayınlanma tarixi: 8.04.2021 11:47:13

Böyük əxlaq və irfan ustadlarından olan Ayətullah Məzahiri iki mövzu barədə tövsiyələrini bildirib

İslamazeri.com-un “Mashregh”-ə istinadən verdiyi xəbərə əsasən, maddi problemin həlli ilə bağlı müraciətə cavab olaraq Ayətullah Məzahiri bildirib: “Təlaq surəsinin 2 və 3-cü ayəsində olan bu sözləri çox desin (Vəmən yəttəqillahə yəccəllahu məxrəca və yərzuqhu min heysu la yəhtəsib)  -  (Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər). Bu zikrin günahdan çəkinmək şərti ilə çox köməyi olacaqdır.”

Qəzəblənməklə bağlı suala isə Ayətullah Məzahiri cavab olaraq bildirib: “Qəzəb halınızın pis aqibətlərini özünüzə xatırladın. İmam Əlinin (ə) dediyi kimi: “Qəzəbin əvvəli dəlilik, sonu isə peşmançılıqdır. Bundan əlavə “La həvlə vəla quvvətə illə billəh” zikri də çox xeyirlidir.”

Yuxarı