Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Lukaşenko: Ərdoğan mənə “qardaşım” deyir

Yayınlanma tarixi: 15.04.2019 16:42:44

“Mən Ərdoğanı öz dostum adlandırıram"

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Belorusiya prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı öz dostu adlandırır, Ərdoğan isə ona “qardaş” sözü ilə xitab edir.

Bunu Lukaşenko bəyan edib.

“Mən Ərdoğanı öz dostum adlandırıram. Türkiyəli lider isə mənə “qardaş” sözü ilə xitab edir. Biz, demək olar ki, yaxın, qohum insanlar kimiyik. Biz bir-birimizi anlayırıq, bir-birimizi bütün beynəlxalq meydançalarda dəstəkləyirik. Biz güclü və varlı Türkiyə ilə olduqca mühüm ölkə olan Belorusiya arasında olduqca yaxşı münasibətlət qururuq”, - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belorusiya Türkiyədə ticarət evləri və xidmət mərkəzləri qurur.

“Biz sizlər üçün Belorusiyanı, siz isə bizlər üçün Türkiyəni açdınız. Prezident Ərdoğanla olan əlaqələrimizin sayəsində etibarlı əlaqələr yaranıb və biz bu istiqamətdə irəliləyəcəyik”, - deyə o qeyd edib.

Yuxarı