Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Lukaşenko Moskvaya səfər edəcək

Yayınlanma tarixi: 14.05.2022 13:02:08

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, Kollektiv Müdafiə Təşkilatı Müqaviləsinin iclasında iştirak etmək üçün Aleksandr Lukaşenko mayın 16-da Moskvaya səfər edəcək.

Səfər çərçivəsində Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

"Ölkələrin liderləri regionda və dünyada mövcud vəziyyətin aktual problemləri haqqında fikir mübadiləsi aparacaq, yaranan müxtəlif çağırış və təhdidlərə qarşı birgə cavab tədbirlərini müzakirə edəcəklər", Belarus prezidentinin mətbuat xidməti bildirib.

Yuxarı