Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Liviyalı diplomat Zəngilanda dağıdılmış məsciddə namaz qıldı

Yayınlanma tarixi: 6.02.2021 18:29:22

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanda ermənilər tərəfindən dağıdılmış şəhər məscidində namaz qılıb.

İslamazeri.com “Report” a istinadən xəbər verir ki, diplomat erməni vandallığına məruz qalmış məsciddə ibadət edib.

“Həmd olsun ki, biz bura gəldik, məscid öz sahiblərinə qayıtdı və biz burada namaz qıla bildik”, - deyə müvəqqəti işlər vəkili namazdan sonra deyib.

Ermənilər işğal olunmuş bütün ərazilərimizdəki məscidləri dağıdıb, təhqir edib, hətta donuz və mal-qara saxlayıblar.

Qeyd edək ki, Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana gediblər. Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.

Yuxarı