Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Əli Əsədov Novruz Məmmədovun qərarını dəyişdirdi

Yayınlanma tarixi: 07.11.2019 11:33:03

Baş nazirin dəyişiklik etdiyi qərarı bu ilin fevralın 11-də o dövrün Baş naziri Novruz Məmmədov təsdiqləmişdi.

“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarında dəyişiklik edilib.

İslamazeri.com-un məlumatına görə, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərarda bildirilib ki, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın 86-cı hissəsində “Geofizika mühəndisliyi” sözləri “Geologiya və geofizika mühəndisliyi” sözləri ilə əvəzlənib.

Qeyd edək ki, Baş nazirin dəyişiklik etdiyi qərarı bu ilin fevralın 11-də o dövrün Baş naziri Novruz Məmmədov təsdiqləmişdi.

Yuxarı