Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Leysan nəticəsində çaylarda sululuq artıb

Yayınlanma tarixi: 25.05.2022 15:27:10

Ölkə ərazisindən siklonun keçməsi nəticəsində yağan intensiv leysan yağışlar nəticəsində çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, bu gün Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 13 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində 20 sm, Kürəkçay-Toğanada 13 sm, Gəncəçay-Zurnabadda 9 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 34 sm, Qusarçay-Kuzunda 15 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçay-Vaqoda isə 10 sm artım müşahidə olunub.

Yağan intensiv leysan yağışlar nəticəsində İsmayılı rayonu ərazisindən keçən Girdimançay-Qaranohur, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay-Qəbələ, Tovuz rayonu ərazisindən keçən Əsrikçay-Əsrikcırdaxan, Göygöl rayonu ərazisindən keçən Gəncəçay-Zurnabad, Quba rayonu ərazisindən keçən Qudiyalçay-Qırız, Vəlvələçay-Təngəaltı, Göyçay rayonu ərazisindən keçən Göyçay-Göyçay və Şamaxı rayonu ərazisindən keçən Pirsaatçay-Poladlı məntəqəsindən sel keçib.

Yuxarı